Zidan: “Parislilər “Barselona”nı qorxudacaq”

Bir vaxtlar "Real"ın formasını geyinmiş veteran futbolçu Zinəddin Zidan "Barselona"lı azarkeşləri qıcıqlandıracaq açıqlamalar verib. Publika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, fransalı futbol ulduzu Çempionlar Liqasının 1/2 finalına vəsiqə qazanan komandanın PSJ olacağını bildirib:
"Barselona" ilə oyunda Paris komandasına dəstək verirəm. Sonuna qədər fransız klubunun arxasındayam. Bu PSJ üçün müsbət bir oyun olacaq. "Nou Kamp"da qələbə qazanmaq çətindi. Amma parislilər "Barselona"nı qorxudacaq gücə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31