Messi əsas oyunlar üçün saxlanılır

"Barselona"nın hücumçusu Lionel Messi Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə qarşı cavab matçında oynaya biləcək. Publika.Az-ın məlumatına görə, Argentinalı futbolçu artıq Kataloniya klubunun heyətində fərdi proqram üzrə məşq edir. Lakin Messinin çərşənbə axşamı Paris təmsilçisinə qarşı oyunda start heyətdə meydana çıxmayacağı gözlənilir. İspaniya mətbuatının məlumatına görə, "Barsa" Lioneli yalnız meydana hər hansı bir hal yaşandığı zaman buraxacaq.
Qeyd edək ki, 4 dəfə ard-arda "Qızıl top" mükafatının sahibi olan Messi Çempionlar Liqasının 1/4 final mərhələsində PSJ-yə qarşı ilk oyunda ciddi zədələnmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31