Xavi: "O bizim uğrunda mübarizə apardığımız hər şeyə layiqdir"

"Barselona"nın yarımmüdafiəçisi Xavi Ernandes bu yaxınlarda işinin başına dönən baş məşqçiləri Tito Vilanova haqda danışıb.
Milli.Az Sports-a istinadən bildirir ki, Xavi deyib:
"Biz uzun müddət baş məşqçisiz qaldıq və bu öz sözünü deyirdi. Biz yorulmadan Xordi Roura və məşqçi korpusunun digər üzvləri ilə çalışırdıq, hamımız - kapitanlardan tutmuş gənc yığmanın oyunçularınadək. Ancaq buna baxmayaraq, yenə də uzun illər komanda ilə söhbət edən, hazırlığın təməlini qoyan adama ehtiyacımız vardı.
İndi Vilanova qayıdıb, əhvalı yaxşıdır, yaşadıqlarına rəğmən müsbət köklənib. O hamımız üçün nümunədir. Çünki o çox şeylə mübarizə apardı, əziyyət çəkdi. İki ay olmadı, amma daim əlaqə saxladıq. Vilanova mövsümün sonunadək şanslarımızı yaxşı kimi dəyərləndirir. La Liqada da işlərimiz yaxşıdır, Çempionlar Liqasında da yerimiz rahatdır. Ümid edirəm ki, hər şey, xüsusilə də Tito üçün uğurlu olacaq. Çünki o bizim uğrunda mübarizə apardığımız hər şeyə layiqdir".
Qeyd edək ki, "Barselona" Çempionlar Liqasının 1/4 finalındakı PSJ ilə cavab oyununa aprelin 10-da, 23:45-də çıxır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31