Əlillər arasında boulinq üzrə ilk çempionat keçirilib

Ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə aprelin 6-da "Bakı əyləncə mərkəzi"ndə əlillər arasında boulinq üzrə ilk çempionat keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəhbərliyinin yarış iştirakçılarına salamları və xoş arzuları çatdırılaraq,  əlillərin sosial reabilitasiyası, əlil idmanına dəstək verilməsi sahəsində nazirliyin gördüyü işlər barədə məlumat verilib. Əlillərin böyük həvəslə iştirak edərək qüvvələrini sınadıqları yarışda 11 nəfər, o cümlədən 7 kişi, 4 qadın final mərhələsinə daxil ola bilib. Gərgin mübarizə şəraitində keçən final mərhələsində isə kişilər arasında Elşad Məmmədov, qadınlar arasında Yelena Taranova birinci yeri tutublar. Qaliblərə  kubok, digər yerləri tutanlara isə diplom və qiymətli hədiyyələr verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31