Topaz Premyer Liqası: “Neftçi”ni Ramin Musayevə qarşı çıxaran məğlubiyyət – NƏTİCƏLƏR - TURNİR CƏDVƏLİ
8 Aprel 2013 13:18 İdmanFutbol üzrə Topaz Premyer Liqasında XXV tura yekun vurulub. Lent.az-ın məlumatına görə, turun ilk oyun günündə heç-heçə qeydə alınıb.
Sonrakı günlərdə isə müvafiq olaraq, qonaqlar və meydan sahibləri seviniblər. Lider "Neftçi" 8 turdan sonra məğlubiyyətlə üzləşib. Flaqman mövsümdə 3-cü dəfə "Qarabağ"a uduzub. Amma "ağ-qaralar" 1-ci pilləni əldən verməyiblər. Görüş gərgin mübarizə şəraitində keçib. Baş hakim Rəhim Həsənov hər komandadan 4 futbolçuya sarı vərəqə göstərib. O, eyni zamanda, "Neftçi"nin müdafiəçisi İqor Mitreskini meydandan qovub və "ağ-qaralar"ın qapısına penalti təyin edib. Oyundan sonra flaqmanın baş məşqçisi Böyükağa Hacıyev Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevi kəskin tənqid atəşinə tutub. O, Musayevi "Qarabağ"a "işləmək"də ittiham edib.
Qələbəyə baxmayaraq, Ağdam təmsilçisi 3-cü pilləyə qalıb. Çünki 2-ci pillədəki "İnter" səfərdə "Bakı"nı üstələməyi bacarıb. İlk "6-lığ"ın daha bir görüşündə "Qəbələ" ilə "Simurq" heç-heçə edib.
İlkinci "6-lığ"a gəldikdə, AZAL "Turan"ı 2, "Rəvan" "Sumqayıt"ı 3 cavabsız qolla keçib. "Xəzər Lənkəran" isə "Kəpəz"i hazırda ev oyunlarını keçirdiyi "Dalğa Arena"da yenib.
5 aprel
"Qəbələ" - "Simurq" (Zaqatala) - 1:1
Qollar: Rodriges Assis, 54 // Tomislav Buşiç, 90
6 aprel (şənbə)
"Bakı" - "İnter" (Bakı) - 1:2
Qollar: Aqil Nəbiyev, 90+3 - Asif Məmmədov, 68. Yuri Fomenko, 81
"Kəpəz" (Gəncə) - "Xəzər Lənkaran" - 1:2
Qollar: Elvin Həsənəliyev, 90+2 - Dmitrios Sialmas 30. Adrian Pit, 45+1
"Neftçi" (Bakı) - "Qarabağ" (Ağdam) - 1:2
Qollar: Nikolas Kanales, 87 - Riçard Almeyda, 35 - penalti ilə; 69
Qırmızı vərəqə: İqor Mitreski, 44 ("Neftçi")
7 aprel (bazar)
"Rəvan" (Bakı) - "Sumqayıt" - 3:0
Qollar: Mindauqas Kalonas, 10. Miloş Adamoviç, 79. Samuel Barlay, 90+1
İstifadə olunmamış penalti: Murad Doymuş, 55 ("Sumqayıt")
AZAL (Bakı) - "Turan" (Tovuz) - 2:0
Qollar: Junior Nildo, 16. Con Oluremi, 75
Turnir cədvəli:
İlk "6-lıq"
|
N |
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
|
1 |
Neftçi |
25 |
15 |
3 |
7 |
50-27 |
48 |
|
2. |
İnter |
25 |
13 |
8 |
4 |
28-15 |
47 |
|
3. |
Qarabağ |
25 |
12 |
9 |
4 |
33-21 |
45 |
|
4. |
Simurq |
25 |
10 |
10 |
5 |
27-17 |
40 |
|
5. |
Bakı |
25 |
7 |
13 |
5 |
27-18 |
34 |
|
6. |
Qəbələ |
25 |
9 |
6 |
10 |
28-31 |
33 |
İkinci "6-lıq"
|
7. |
AZAL |
25 |
9 |
9 |
7 |
38-27 |
36 |
|
8. |
Xəzər Lənkəran |
25 |
8 |
8 |
9 |
35-30 |
32 |
|
9. |
Rəvan |
25 |
9 |
4 |
12 |
33-38 |
31 |
|
10. |
Sumqayıt |
25 |
7 |
7 |
11 |
25-42 |
28 |
|
11. |
Turan |
25 |
6 |
5 |
14 |
26-47 |
23 |
|
12. |
Kəpəz |
25 |
2 |
4 |
19 |
14-51 |
10 |