Boksçu rinqdə öldü

Onun başından aldığı zərbədən dünyasını dəyişdiyi bildirilir

Britaniyalı boksçu rinqdə ölüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, keçirdiyi heç bir oyunda məğlub olmayan orta çəkili boksçu Maykl Norqrouv 31 yaşında Londonda keçirdiyi rinqdə ölüb.Norqrouvun martın 28-də Tom Bouenlə qarşılaşmasında başından zədə aldığı bildirilir. Boksçu qəfil yerə yıxılıb və hospitala yerləşdirilib. Onun beynində əməliyyat aparılıb. Lakin boksçunun həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31