K.Ronaldo “Mavi Mərmərə” qurbanlarının yaxınları ilə görüşəcək

Olaylar İA xarici mətbuata istinadən bildirir ki, "Real Madrid'in futbolçusu Cristiano Ronaldo Türkiyədə "Mavi Mərmərə" qurbanlarının yaxınlarını ilə görüşə bilər. Bu barədə məlumatı İsrailin hücum etdiyi "Mavi Mərmərə" gəmisindəki zərərçəkənlərin vəkili Cihat Gökdemir verib. 

Onun sözlərinə görə, Portuqaliyalı futbolçu "Galatasaray"la cavab matçı üçün gələcəyi Türkiyədə zərəçəkənləri ziyarət etmək istədiyini deyib: "Bizə bu barədə məlumat gəlib, ancaq hələlik rəsmi müraciət edilməyib".

Gökdəmir Ronaldonun səfər zamanı muzeyə çevrilən gəmini də görmək istədiyini sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31