“ClimBaku” idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında respublika çempionatı keçiriləcək

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə 5-7 aprel tarixlərində "ClimBaku" idman dırmanması mərkəzində yeniyetmə və gənclər arasında idman dırmanması üzrə Respublika çempionatı keçiriləcək. Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyasından "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, 3 mərhələdə keçiriləcək çempionatda idmançılar bu gün- 5 aprel tarixində boulderinq, 6 aprel tarixində çətinlik, 7 aprel tarixində isə sürət mərhələlərində qüvvələrini sınayacaqlar. 
Qeyd edək ki, yarışlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ölkəmizin müxtəlif bölgələrindən olan idman klublarının 70-ə yaxın yeni başlayan yeniyetmə və gənc idmançısı iştirak edir.
Çempionatın keçirilməsində məqsəd ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını yeniyetmə və gənclər arasında populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31