Ən gözəl ad günü hədiyyəsi

Olaylar İA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxçanın klub" tarixində ilk dəfə olaraq Avropa liqasının ¼ finala çıxaran Aykut Kocaman ilk görüşdə Latsio klubunu 2:0 hesabı ilə məğlub edərək yarımfinala bir addım daha da yaxınlaşıb. Məlumatda bildirilir ki, qarşılaşma həm də "Fənərbaxça"nın baş məşqçisi Aykut Kocamanla Latsionun baş məşqçisi Vladimir Petkovic arasındakı matçlar baxımından da prinsipiallığı ilə seçilib. Beləki Aykut Kocaman Petkoviclə artıq 4-cü dəfə idi ki, baş məşqçi kimi üz-üzə gəlirdi. Bu, qələbə Kocamanın Petkovic qarşısındakı ilk qələbəsi idi.Latsio üzərində qələbə baş məşqçi üçün başqa bir məqamı ilə də yadda qalan olub. Beləki matçın hakimi oyunun final fitini səsləndirəndə artıq saat 00:01 idi, yəni artıq aprelin 5-i idi. 5 aprel Ayklut Kocamanın doğum günüdür. 1965-ci il 5 apreldə dünyaya gələn Aykut Kocaman yeni yaşına bir Avropa qələbəsi ilə daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31