Berti Foqtsa dəvət gəlib
Tanınmış çalışdırıcı Almaniyada ənənəvi qolf turnirinin iştirak edəcək
5 Aprel 2013 19:50 İdmanAzərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa dəvət gəlib. Apasport-un verdiyi məlumatına görə, almaniyalı məşqçi vətənində keçiriləcək ənənəvi qolf turnirinin iştirakçısı olacaq.
10-cu dəfə təşkil olunacaq Korşenbroyxdakı xeyriyyə xarakterli yubiley turnirdə yeganə məşhur sima Foqts deyil. burada həmçinin tanınmış futbol adamlarından Rayner Bonhof və Bernd Krauss da yarışa qatılacağını təsdiqləyib.
Yarışda qüvvəsini sınamaq üçün bir sıra dünya şöhrətli şəxslərə də təklif göndərilib. Onlar arasında idman aləminin məşhur simaları Frans Bekkenbauer, Boris Bekker və Katerina Vitt, həmçinin aktrisa Veronika Ferres də var.
Qeyd edək ki, iyunun 21-də keçiriləcək turnir Foqts üçün də ilk belə yarış deyil. Təcrübəli mütəxəssis əvvəllər də vətənində keçirilən qolf turnirlərində iştirak edib.