Kuyt: "Belə azarkeşlərlə hər şey edə bilərik"
5 Aprel 2013 20:59 İdmanUEFA Avropa Liqasında "Latsio" ilə qarşılaşan "Fənərbağça"nın ikinci qolunu vuraraq hesabı artıran Dirk Kuyt oyundan sonra açıqlama verib.
Qol.Az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran Kuyt, enerjisinin bitib-bitmədiyi haqqındakı suala: "Bu an meydana çıxsam, bir 90 dəqiqə daha oynayaram", - cavabını verib.
Stadionu dolduran bütün tərəfdarlarına təşəkkür edən hollandiyalı futbolçu: "Tərəftarlarımızın dəstəyilə qələbəni qazandıq. Belə azarkeşlərlə hər şey edə bilərik. Bizi bu matça hazırlayan texniki heyətimizə də xüsusilə çox təşəkkür edirəm", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31