“Bavariya”lılardan maliyyə dəstəyi
5 Aprel 2013 20:18 İdman"Barselona"nın sabiq baş məşqçisi Xosep Qvardiolanın "Bavariya"da debüt matçının tarixi açıqlanıb. Publika.Az xəbər verir ki, Qvardiola yeni komandasının "sükanı arxası"nda ilk oyununu iyulun 14-də keçirəcək. Münhenlilər yerli "Hanza" klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaqlar. Həmçinin bu qarşılaşma mürəkkəb maliyyə vəziyyətində olan III Bundesliqa təmsilçisinə kömək etmək məqsədi ilə təşkil ediləcək.
Qeyd edək ki, ispaniyalı çalışdırıcı Yupp Haynkesi iyulun 1-də rəsmən əvəz edib öz vəzifəsinə başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31