İbrahimoviç kimi PSJ-yə çağırdı?

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç "Mançester Yunayted"in hücumçusu Ueyn Runini komandalarında görmək istəyir. Fransa mətbuatında yer alan məlumata görə, isveçli futbolçu Runiyə MY-dən ayrılarsa, PSJ-ə gəlməsini məsləhət görüb: "Runi nə edəcəyini bilən futbolçudur. Klubların onunla niyə maraqlandığını bilmək çətin deyil. O, dunyanın ən yaxşı hücumçusundan biridir. Ancaq Runi futbol adına ən böyük komandalardan birində oynamaq istəyirsə, PSJ-ni seçməlidir. Bizim qapımız onun üzünə açıqdır".
Qeyd edək ki, hazırda baş məşqçisi Aleks Ferqussonla münasibətləri yaxşı olmayan, o cümlədən son oyunlar heyətdə yer almayan Runinin MY-dən ayrılacağı iddia edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31