Barselona nədən narazı qalıb? İ

"Barselona" klubu hakim idarəçiliyindən narazı qalıb. Publika.Az xəbər verir ki, Barselonanın məşqçisi Xordi Roura Çempionlar Liqasının 1/4 finalında ötən gecə PSJ ilə keçirdikləri oyunla bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, hakimlər mübahisəli qərar qəbul ediblər.

"İbrahimoviçin oyundan kənar vəziyyətdə qol vurduğu aşkar görünürdü. Belə durumla "Milan"la keçirdiyimiz oyunda da qarşılaşmışdıq. Bu dəfə də hakimlər mübahisəli qərar qəbul ediblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31