Ronaldo Messini geridə qoydu

Kriştianu Ronaldu bombardirlər sırasında birincidir. Madrid "Real"ının və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının bombardirlər siyahısında birinci olub. Anspress-in verdiyi xəbərə görə, futbolçu "Real"-"Qalatasaray" oyununda 9-cu dəqiqədə qol vurub.
Portuqaliyalı futbolçunun aktivində 9 qol var. O, "Barselona"nın hücumçusu Lionel Messini və "Qalatasaray"ın forvardı Burak Yilmazı cəmi bir qol qabaqlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31