Fatih Terim norveçli hakimi və UEFA-nı "topa tutdu"
4 Aprel 2013 20:11 İdmanDünən axşam UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Madrid "Real"ına uduzan "Qalatasaray"da gərginlik hökm sürür. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim oyundan sonra keçirilən mətbuat konfransında qarşılaşmanın baş hakimi haqqında sərt açıqlamalar verib. Norveçli hakimi "həvəskar ədalət təmsilçisi" adlandıran "imperator", bu səviyyəli birisini belə məsul qarşılaşmaya göndərən UEFA-nı da tənqid edib. Çempionlar Liqasının türkiyə Superliqasından fərqli olaraq sürətli və çevik futbol tələb etdiyini deyən F.Terim bildirib ki, hər iki komandanın çıxış etdikləri çempionatların səviyyə fərqi özünü aşkar büruzə verib. F.Terim bildirib ki, onun komandası bir neçə epizodda kral klubunu cəzalandırmağa yaxın olsa da, təcrübəsizlik buna imkan vermyib.