Boks Olimpiya oyunlarından çıxarılır?

Ağacan Əbiyev professionalla həvəskar boksun birləşdirilməsinin əleyhinədir

"Professional boksçularla həvəskarların eyni yarışlara gətirilməsi bu idman növünün Olimpiya oyunlarının proqramından çıxarılmasına səbəb ola bilər. Bu, bədxahlar üçün boksu olimpiya ailəsindən çıxarmağa yaxşı bəhanədir". Bunu "1 news"a açıqlamasında Boks Federasiyasının vitse-prezidenti Ağacan Əbiyev bildirib.
Ağacan Əbiyev müsahibəsində Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) professional boksa meyl etməsindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, bunlar ayrı-ayrı idman növləridir:
"Beynəlxalq Həvəskar Boks Federasiyasiyası profesionalları həvəskar boks yarışlarına cəlb edir. Amma başa düşmək lazımdır ki, həvəskar və professional boks arasında ciddi fərq var. Bunlar faktiki olaraq iki müxtəlif idman növləridir. Bunları birləşdirmək təşəbbüsü acınacaqlı bitə bilər. Beynəlxalq Olimpiya komitəsi buna çox kəskin reaksiya verə və boksu Olimpiya idman növləri sırasından çıxara bilər", - deyə A. Əbiyev vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31