"Bavariya"nın istedadlı futbolçusu zədələndi
3 Aprel 2013 20:10 İdmanAlmaniya yığması və "Bavariya"nın yarımmüdafiəçisi Toni Kroosun zədəsi ciddidir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında "Yuventus"la qarşılaşmanın 16-cı dəqiqəsində zədələnərək komanda yoldaşı Aryen Robbenlə əvəzlənən 23 yaşlı futbolçu 6-8 həftəyə qədər sıradan çıxıb.
Onun sağ ayağının əzələsinin dartıldığı bildirilir.
Qeyd edək ki, Kroos "Bavariya"nın Çempionlar Liqasının 1/4 finalının cavab oyunu ilə yanaşı, həm də Münhen klubu növbəti mərhələyə keçəcəyi halda hər iki matçı da buraxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31