Droqba: "Mən Mourinyonun köməkçisi ola bilərəm"
3 Aprel 2013 20:04 İdman"Qalatasaray"ın Kot-d`İvuardan olan futbolçusu Didye Droqba Çempionlar Liqasının 1/4 final mərhələsində "Real"la oyun öncəsi maraqlı açıqlamalar verib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, o, növbəti mərhələyə keçmək üçün əllərindən gələni edəcəklərini deyib: "Madriddə qələbə "Qalatasaray" üçün uzaq görünsə də, rəqibə çətinliklər yarada bilərik. Çox yaxşı tanıdığım komandaya qarşı oynayacağıq. Bizə qarşı nələr edə bilcəklərini, necə müdafiə olunacaqlarını çox yaxşı bilirəm. Onları yaxşı tanıyıram".
35 yaşlı hücumçu "Real"ın baş məşqçisi Joze Mourinyo haqqında da danışıb. Droqba portuqaliyalı mütəxəssisin əvvəllər çalışdığı "Çelsi"də işinin bitmədiyini deyib: "Mourinyo bir gün "Çelsi"yə yenidən dönəcək. Mən o zaman onun köməkçisi ola bilərəm".