Karlo Ançelotti: ""Kamp-Nou"da ən azı iki qol vuracağımıza inanıram"
3 Aprel 2013 15:35 İdmanPSJ-nin baş məşqçisi Karlo Ancelotti Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə oyundan (2:2) sonra fikirlərini bildirib.
Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, baş məşqçi komandasının çox yaxşı oyun nümayiş etdirdiyini deyib: "Qarşılaşmanın ilk dəqiqələrində üstün idik. Hesabda geriyə düşdükdən sonra bərabərlik üçün əlimizdən gələni etdik. Asan olmasa da, hələ növbəti mərhələyə keçmək üçün şanslarımız var. "Kamp-Nou"da ən azı iki qol vuracağımıza inanıram".
İtaliyalı mütəxəssis qarşılaşmanın 88-ci dəqiqəsində rəqibin futbolçusu Aleksis Sançesin yerə yıxılaraq komandasına penaltı qazandırmasına da münasibət bildirib. Baş məşqçi onun bilərəkdən yerə yıxıldığını deyib: "Həmin vəziyyətdə qayda pozulmamışdı. O, simulyasiya etdi. Sançesi yaxşı tanıyıram. Keçən mövsüm də bilərəkdən yerə yıxılmışdı. O, ümumiyyətlə, simulyasiya etməyi sevən futbolçudur".