Zidan futbola qayıdır

Zinəddin Zidan və Luiş Fiqu xeyriyyə matçında üz-üzə gələcəklər

Zinəddin Zidan və Luiş Fiqu yenidən üz-üzə gələcəklər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əfsanəvi "Real" klubu "Mançester Yunayted"lə iyunun 2-də "Old Trafford" stadionunda keçiriləcək xeyriyyə matçında qarşılaşacaq. "Kral Klubu"nun heyətində Fernando Yerro, Fernando Redondo, Emilio Butraqeno və İvan Elqero meydana çıxacaqlar. "Mançester Yunayted"da isə Duayt York, Endi Koul, Edvin van der Sar və Teddi Şerinqem mübarizə aparacaq. Matçda bütün yığılmış vəsaitlər "Manchester United Foundation"un xeyriyyə təşkilatına və Mançesterdə aztəminatlı gənc insanlara, icmalara dəstək göstərən layihələrin maliyyələşdirilməsinə veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31