"Mançester Yunayted" onu itirə bilər
3 Aprel 2013 11:33 İdmanİngiltərənin "Mançester Yunayted" komandasının hücumçusu Xavyer Ernandes gələn mövsüm digər klubda çıxış etmək istədiyini bildirib. Trend-in çərşənbə axşamı xarici KİV-ə istinadən verdiyi məlumata görə, 24 yaşlı meksikalı oyun təcrübəsi qazanmaq üçün digər kluba icarəyə verilməsini istəyir. Son vaxtlar Ernandes klubun heyətində meydançaya nadir hallarda çıxır. Bununla belə, "Mançester Yunayted"in baş məşqçisi Aleks Fergüsson deyib ki, hücumçuya güvənir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31