Messi PSJ-yə qol vurdu, rekord qırdı

Milli.Az Sports-a istinadən xəbər verir ki, "Barselona" klubunun forvardı Lionel Messi Çempionlar Liqasının 1/4 final mərhələsində Fransanın PSJ klubunun qapısına yol taparaq Parisdə ilk qolunu vurub. Argentinalı hesabı 38-ci dəqiqədə açıb. 
Beləliklə, Messi Çempionlar Liqasının oyunları çərçivəsində qol vurduğu şəhərlərin sayını 20-yə çatdırıb. Bu, turnirin ən yaxşı göstəricisidir. Bundan əvvəlki rekord 19 şəhəri ram edən Raul Qonsalesə məxsus idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31