“İnter” - “Neftçi” matçında ən çox qaçan "İnter"lilər STATİSTİKA

Bakının "İnter" klubu "İnStat Football" şirkəti ilə olan əmakdaşlığını daha da möhkəmləndirib. Siasport.az saytının məlumatına görə, şirkət kluba "İnter"li futbolçuların fiziki fəallığı haqqında məlumat verib. "İnStat Football" oyunçuların fərdi göstəricilərini komandanın həm ev, həm də səfər oyunlarında müəyyənləşdirib və sonradan bu məlumatları rəsmi şəkildə kluba təqdim edib. Belə ki, şirkətin məlumatına görə, "İnter" - "Neftçi" oyununda meydan sahibinin futbolçuları 125,5 kilometr məsafə qət ediblər.

Bu matçda "İnter"in heyətində ən çox məsafə qət edən 5 futbolçu ilə sizi tanış edirik: № Adı Məsafə
1 Fuad Bayramov 13460 m.
2 Samir Zərgərov 12967 m.
3 Slavço Georgiyevski 12316 m.
4 Asif Məmmədov 11841 m.
5 Baçana Tsxadadze 11199 m

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31