Messidən daha bir rekord
1 Aprel 2013 19:57 İdman"Selta Viqo"ya vurduğu qolla daha bir rekorda imza atan Lionel Messi komandasının 2:2 hesabı ilə bərabərə qaldığı oyundan sonra jurnalistlərin önünə çıxıb. Publika.Az xəbər verir ki, 19 oyunda ardıcıl olaraq qol vurduğuna görə, özünü şanslı hesab edən "Barselona"nın ulduz futbolçusu komandasının xal itirdiyi oyuna görə, məyusluğunu gizlətməyib: "Əsl önəmli olan komandanın hər oyunda qalib gəlməsidir. "Selta" ilə oyunda da 3 xal qazanmaq istəyirdik. Nə yazıq ki, bunu bacara bilmədik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31