""Qalatasaray" Burakdan ibarət deyil" İdman / Tarix 01 / 04 / 2013 Saat 14:57

"Real"ın futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/4 finalda "Qalatasaray"la oynanılacaq matç öncəsi açıqlama verib. Publika.Az xəbər verir ki, İspaniya mətbuatında yer alan məlumata görə, futbolçu rəqibin çox yaxşı heyətə sahib olduğunu və yalnız Burakdan ibarət olmadığını deyib: "Burak yaxşı futboçudur, amma heyətdəki digər futbolçularda çox güclüdür" deyə o bildirib.
İspaniyalı müdafiəçi komanda yoldaşı İker Kasilyasın yenidən komandaya dönməsinə sevindiyini də ifadə edib: "Amma matçda Lopez və ya Kasilyasın oynamasından asılı olmayaraq bizim əsas işimiz müdaifəni yaxşı qurmaq və onların işini rahatlaşdırmaq olacaq" - deyə o bildirib.
Qeyd edək ki, "Real" - "Qalatasaray" matçı aprelin 3-ü baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31