"Real" - "Qalatasaray" oyununun baş hakimi o olacaq
1 Aprel 2013 20:13 İdmanÇempionlar Liqasının 1/4 final mərhələsində "Real" Madrid - "Qalatasaray" oyununun baş hakimi bəlli oldu. Milli.Az Sabah.com-a istinadən xəbər verir ki, 3 aprel "Santyaqo Bernabeu" meydanında keçiriləcək oyunu norveçli hakim Svein Odvar Moen idarə edəcək.
Türkiyə Futbol Federasiyasının məlumatına görə, baş hakimin köməkçiləri Kim Thomas Haglund və Frank Andas, dördüncü hakim Sven Erik Midthjellin əlavə yardımçıları isə Ken Henry Johnsen və Svein-Erik Edvartsen olacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31