Araz Abdullayevə futbol oynamaq qadağan olundu
1 Aprel 2013 11:46 İdmanFutbol üzrə Azərbaycanın U-21 yığmasının və "Neftçi"nin yarımmüdafiəçisi xeyli müddət yaşıl meydanlardan kənarda qalacaq.Azerisport.az xəbər verir ki, bir neçə gün öncə idarə etdiyi avtomobillə iki qadını vuran futbolçu buna görə açılan məhkəmə işi tamamlana qədər futbol oynamayacaq.Bu haqda "Neftçi" klubunun rəhbərliyi qərar qəbul edib. Klubunda oynamayacağı halda, təbii ki, Abdullayev gənclərdən ibarət yığmaya da dəvət ala bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31