Olimpiya çempionu öldü
Çempion infarkt keçirərək dünyasını dəyişib
29 Mart 2013 19:50 İdmanMeksikalı Olimpiya çempionu ölüb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Soraya Jimenez 35 yaşında dünyasını dəyişib.
Meksika Milli İdman Komitəsinin direktoru gənc ağırlıqqaldıranın ölümünə səbəb ürək tutmasının olduğunu deyib.Jimenez 2000-ci ildə Sidneydə keçirilən Olimpiyadada qızıl medal qazanmışdı. Səhhətində yaranmış problemlərlə bağlı bir müddət öncə idmanla məşğul olmağı dayandıraraq, televiziya kanallarında idman müxbirliyi ilə məşğul olurdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31