"Barselona"nın müdafiəçisi: "O, başımıza bəla olacaq"

"Barselona"nın və Braziliya yığmasının müdafiəçisi Dani Alveş Çempionlar Liqasının 1/4 final oyununda PSJ klubunun forvardı Zlatan İbrahimoviçdən çəkindiyini bildirib.
Milli.Az AS-a istinadən bildirir ki, Alveş deyib: "İbrahimoviç, həqiqətən, bizə böyük problem yarada bilər. Mən həm ona qarşı, həm də onunla bir komandada oynamışam. Zlatana qarşı necə oynamağı təxmin edirəm. Çalışacam ki, o bizə az problem yaratsın. İstənilən an İbrahimoviç heç nədən qol vəziyyəti yarada bilər, buna hazırıq. Amma biz onun komanda yoldaşlarını da diqqətsiz qoymayacağıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31