"Şəhərlilər"in kapitanı futbol klubu aldı
29 Mart 2013 19:28 İdman"Mançester Siti"nın və Belçika yığmasının kapitanı Vensan Kompani futbol klubu alıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Şəhərlilər"in kapitanı Brüssel şəhərini təmsil edən, 3-cü divizionda çıxış edən "Bleyd" klubunu alıb. Brüsseldə Vensanın uşaqlığı keçib və bu kluba gənç oyunçuları qatmaq istəyir. O hesab edir ki, bu şəhərin gənclərinin potensialı daha böyükdür.
Əvvəlcə Kompani klubun adını və emblemini dəyişmək istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31