Totti: "Messi ilə Mourinyo dahidirlər"
28 Mart 2013 18:34 İdman"Roma"nın kapitanı Françesko Totti öz oyununun səviyyəsindən danışıb. Milli.Az La Gazzetta dello Sport-a istinadən bildirir ki, Totti deyib: "Müasir futbolda bir futbolçu var ki, onun etdiklərini mən heç vaxt təkrar edə bilmərəm. Bu, Messidir. Fikirləşmirəm ki, hansısa bir italiyalı futbolçunu özümdən üstün tutum. Bunu statistika təsdiq edir. Amma mən istədiklərimin hələ çoxuna nail olmamışam. Mənim üçün Marçello Lippi çalışdıqlarım arasında ən yaxşı məşqçidir. Amma Fabio Kapello ilə Luçano Spaletti də əladırlar. Amma heç vaxt Mourinyo ilə çalışmamışam, istyərdim ki, dahi məşqçi ilə də çalışım.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31