Arşavinin Azərbaycanda alacağı məvacibin məbləği açıqlandı
Britaniya mətbuatı maraqlı iddia ilə çıxış edib
28 Mart 2013 15:39 İdmanAzərbaycanın "Xəzər Lənkəran" futbol klubunun yeni təyin edilən məşqçisi Con Toşak "Arsenal"ın 31 yaşlı hücumçusu Andrey Arşavini heyətinə qatmaq istəyir. ANS PRESS-in "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Azərbaycan komandası rusiyalı futbolçuya həftədə 100 min funt sterlinq ödənişlə iki illik müqavilə təklif etmək niyyətindədir. Qeyd eədk ki, "Xəzər Lənkəran" Arşavini pulsuz ala bilər. Belə ki, bu yay o, azad agent statusu olacaq. "Topçular" onunla müqaviləni uzatmaq niyyətində deyil. Ötən mövsümdə Rusiya yığmasının üzvü İngiltərə çempionatında 7 oyun keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31