Massimo Moratti Joze Mourinyo barədə danışdı

Milan "İnter"inin prezidenti Massimo Moratti hazırda Madrid "Real"ını çalışdıran portuqaliyalı Joze Mourinyo barədə danışıb. Siasport.az saytı xəbər verir ki, son bir neçə ildir ki, uğursuzluq zolağından çıxa bilməyən Milan təmsilçisi J.Mourinyolu günlərin həsrətini çəkməyə başlayıb. Klub prezidenti J.Mourinyonun "İnter"ə yaşatdığı uğurları yada salaraq, komandanın qapısının daima bu mütəxəssisin üzünə açıq olduğunu etiraf edib. O qeyd edib ki, hazırda J.Mourinyo ilə dostluğunu davam etdirir, amma bu mütəxəssisin yenidən "İnter"in sükanı arxasına keçəcəyi ilə bağlı İtaliya mətbuatında yazılanlar şayiədən başqa bir şey deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31