Buffon Tottiyə ismarış göndərdi: "Əziz Françesko..."
28 Mart 2013 19:37 İdmanmilli.Az "Yuventus" klubunun rəsmi saytına istinadən xəbər verir ki, "Qoca Sinyora" və İtaliya yığmasının qapıçısı, həm də kapitanı Canluici Buffon "Roma"nın əvəzolunmaz kapitanı Françesko Tottiyə yubileyi - 20 il "Canavar"ların şərəfini qoruması münasibətilə ismarış göndərib:
"Əziz Françesko, sən İtaliya futbolunun banilərindən biri oldun. 20 il Seriya A-da - bu, sənin uğurundur. Bu günə kimi "Roma" - "Focina" matçında sənin birinci qolun beynimdə qalıb.
Biz səninlə dostuq və sən əla bilirsən ki, mən sənin qeydinə necə qalıram. Biz İtaliyanın 15 yaşlılardan ibarət millisində, bir yerdə oynamağa başlamışıq. Əsas yığma komandada bir neçə il mükəmməl oyunlarımız olub. İndi də bir-birimizə qarşı rəqib kimi də çıxırıq. Sən mənə çox vaxt qol vurursan (elə söz düşmüşkən, 10 dəfə), çempion kimi oyun zamanı dostluğu unudursan.
Buna baxmayaraq, oyundan sonra biz səninlə gülümsəyirik, hətta sənin penalti vuruşunu dəf edəndən sonra da. Həmin an topun arxasında məhz sənin olduğun üçün çox məyus oldum.
Biz səninlə xoşbəxt nəsildənik. Bu doğrudur ki, 30 yaşdan sonra hər mövsum 7 ilə bərabərdir, amma sən ildən-ilə cavanlaşırsan. Sən İtaliya futbolunun indisini və gələcək tarixini yazmısan, sən şübhə doğurmayan oyunçusan.
Mənim üçün sən həmişə adzurrosan (İtaliya yığmasının oyunçusu - red.). Bağrıma basıram, sənin dostun Cici".
Qeyd edək ki, Françesko Totti 1993-cü il martın 28-də "Roma"da ilk oyununa çıxıb.