Van Persi: ""Mançester Yunayted" mənim son klubum ola bilər "

Hollandiya millisinin hücumçusu Robin van Persi futbolçu karyerasını hazırkı klubu "Mançester Yunayted"də bitirəcəyini istisna etməyib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o qeyd edib ki, hələ qarşıdakı bir neçə ildə "MY"də oynamalıdır.
"Ola bilər ki, bundan sonra da klubla müqaviləmin müddətini uzatdım. Bəlkə də "MY" mənim sonuncu klubum olacaq", - deyə 29 yaşlı futbolçu bildirib.
Xatırladaq ki, van Persi futbolçu karyerasına "Feyenoord"da başlayıb, 2004-cü ildə London "Arsenal"ına keçib, ötən il isə "MY"nin oyunçusu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31