"Barselona" onu itirdi

İspaniya millisinin və "Barselona"nın hücumçusu Pedro Rodriges DÇ-2014-ün qrup mərhələsinin Fransa - İspaniya oyununda zədə almışdı.
Milli.Az football.ua-ya istinadən xəbər verir ki, futbolçu 10 gün meydanlardan uzaq qalacaq. Rodriges La Liqanın növbəti turunda "Selta"ya qarşı oynamayacaq, "Malyorka"ya qarşı oyuna çıxacağı isə hələlik sual altındadır. O, diskvalifikasiya olunduğu üçün aprelin 25-də Çempionlar Liqasında PSJ klubuna qarşı da oynamayacaq.
Qeyd edək ki, Pedronun qələbə topu ilə İspaniya səfərdə Fransa yığmasını 1:0 hesabı ilə məğlub edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31