Arda Turan: "Baş verənlər bacarıqsızlıqla əlaqəlidir"
27 Mart 2013 19:02 İdmanTanınmış futbolçu Arda Turan 1:1 hesablı bərabərə qaldıqları Macarıstanla matçın ardından qrupdan çıxma şanslarının qeyri-mümkünə yaxın olduğunu və bunun üçün Türk xalqından üzr istədiklərini söyləyib. Siasport.az saytının məlumatına görə, turkiyəli futbolçu qarşılaşmanın ardından jurnalistlərə açıqlama verib: "Pis nəticələrin günahkarı futbolçulardır. Deyiləcək bir şey yoxdur. Öz meydanında matçları qazana bilməsən, Dünya Kubokuna da gedə bilmərsən. Çox kədərliyəm".
"Məncə, baş verənlər bacarıqsızlıqla əlaqəlidir. Qapının qarşısında topu tora sala bilmədik. Vurduğumuz qoldan sonra isə qapımızda çox pis bir qol gördük. Şansımız hələ var, amma çox cüzidir, haradasa qeyri-mümkündür. Türk xalqından üzr istəyirik", - deyə o, nəticənin şanssızlıqla əlaqəsi olmadığını bildirib.