Millimizin heyəti açıqlandı

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının əsas seçmə mərhələsi üçün heyəti açıqlanıb. Siasport.az saytının məlumatına görə, millimizin heyətində Buranello Laercio Giovani, Elnur Zamanov, İlkin Hacıyev, Dos Santos Felipe Ribeyro, Eduardo Mello Borges, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Dos Santos Nilson Mashado, Namiq Məmmədkərimov, De Souza Edigleuson Alves, Vitali Borisov, Fərid Ələkbərov, Elnur Qəmbərov və Jadder Dantas yer alıblar. Millimiz bu gün Norveç, sabah Bosniya və Herseqovina, martın 30-da isə Slovakiya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Slovakiyada keçiriləcək ikinci qrupun oyunlarını idarə edəcək hakimlər də müəyyənləşib. Bunlar Lemal Paskal (Belçika), Kemal Çetin (Türkiyə), Kalin Kinov (Bolqarıstan) və Vitali Rakutskidir (Belarus).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31