Kassano oğluna Messinin adını verib

Milanın "İnter" klubunun hücumçusu Antonio Kassanonun ikinci övladı dünyaya gəlib. Publika.Az xəbər verir ki, ulduz hücumçu körpəyə Lionel Messinin adını verib.
Qeyd edək ki, övladının adını Lionel qoyan Kassano bunu belə izah edib: "Oğlumun adını Lionel qoydum. Məncə Messi hazırda dünyanın ən yaxşı futbolçusudur və o, mənim idealımdı. Karolina (həyat yoldaşı) əvvəl bu fikrə qarşı çıxdı. Lakin bu adı, sonda qəbul etdikdə, mən də çox şad oldum"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31