“Françesko Totti tamamilə başqadır”
19 Mart 2013 19:13 İdman"Roma"nın kapitanı Françesko Totti İtaliya milli komandasının heyətində növbəti dəfə dünya çempionatında iştirak edə bilər. Publika.Az xəbər verir ki, bu haqda yığmanın məşqçisi Çezare Prandelli bildirib. O, Tottinin hələ də gənc oğlan kimi oynamağa davam etdiyini vurğulayıb: "Mən indi 20 yaşlı futbolçulara baxıram. Çünki onlar bacarıqlıdırlar. Amma Totti tamamilə başqadır. Biz ona bel bağlamağa məcburuq. Hələ ki o, gənc oğlan kimi oynamağa davam edir. Əgər biz dünya çempionatına yollansaq, mən Tottinin hansı formada olmasına baxacağam". Qeyd edək ki, Totti cari mövsümündə İtaliya çempionatında 26 matçda meydana çıxıb və 11 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31