"Yuventus"un müdafiəçisi qəzaya düşdü
19 Mart 2013 19:37 İdmanİtaliyanın "Yuventus" futbol klubunun müdafiəçisi Martin Kaseres ağır yol-nəqliyyat hadisəsindən sonra Turin xəstəxanalarından birinə yerləşdirilib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib. İdmançı idarə etdiyi "Porsche Cayenne" markalı avtomobili ilə işıqforun yaşıl işığında yolu keçərkən başqa bir avomobil qırmızı işıqdan keçərək onu vurub. Bundan sonra idmançının avtomobili metro girişinə düşüb. Martin Kaseresin kəllə-beyin travması aldığı deyilir. Sonradan o, xəstəxanadan evə buraxılıb. Hazırda 25 yaşlı Uruqvay əsilli futbolçunun səhhəti qaydasındadır, lakin bir neçə günlük müalcə kursu keçməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31