Mourinyo pula pul demir?
19 Mart 2013 19:42 İdmanMəşhur "Frans Futbol" jurnalı dünyanın ən çox qazanan baş məşqçilərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu siyahının ilk pilləsində "Real"ın portuqaliyalı çalışdırıcısı Joze Mourinyo qərarlaşıb.
Təcrübəli mütəxəssis reklamlar da daxil olmaqla 2012-ci ildə 14 milyon avro qazanıb. İkinci yerdə isə PSJ-nin baş məşqçisi Karlo Ancelotti yer alıb. İtaliyalı çalışdırıcının büdcəsinə 12 milyon avro daxil olub. Çinin "Quanqzo Everqranze" klubunun italiyalı baş məşqçisi Marçello Lippi isə 11 milyon avro ilə üçüncü sıradadır.
Qeyd edək ki, 2004-cü ildən açıqlanan bu siyahıda Joze Mourinyo yalnız 2 dəfə 2-ci olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31