Ukraynada 3 afrikalı futbolçu yoxa çıxdı
Onların Yevpatoriya şəhərinə təlim-məşq toplanışında iştirak etmək üçün gəldiyi bildirilir
18 Mart 2013 19:50 İdmanUkraynanın Yevpatoriya şəhərində 3 afrikalı futbolçu yoxa çıxıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunlar təlim-məşq toplanışında iştirak etmək üçün gələn 20 yaşlı Bamba Mamadu, Bamba Əbubəkr və 19 yaşlı Kua Rocer İbrahimdir.
Verilən xəbərə görə, onlar martın 14-də yerli vaxtla saat 12:00-17:00 arası qaldıqları oteli tərk ediblər və indiyə qədər onlardan heç bir xəbər yoxdur.
Hazırda Yevpatoriya şəhər polisi Kot Divuardan olan 3 futbolçunun axtarışı ilə məşğuldur. Polisin verdiyi məlumata görə, futbolçuların yalnız fransız dilində danışdıqları məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31