GİN-in yeni rəsmi saytı istifadəyə verilib

Gənclər və İdman Nazirliyinin rəsmi saytı (www.mys.gov.az) bir sıra yeniliklərdən sonra fəaliyyətini bərpa edib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, yeni dizaynda, bir sıra elektron xidmətlərlə zəngin saytda nazirliyin fəaliyyəti, dövlət gənclər siyasəti, bədən tərbiyəsi və idman, eləcə də Olimpiya Hərəkatına geniş yer ayrılıb. Saytda həmçinin Gənclər və İdman Nazirliyinin fəaliyyət sferasına daxil olan hər iki sahə ilə bağlı, qanunvericilik, hüquqi normativ aktlar, fərman və sərəncamlar ayrıca olaraq əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31