Xabi Alonso "Real"dan gedir
18 Mart 2013 19:53 İdman31 yaşlı, "buldoq" ləqəbi ilə tanınan "Real" Madrid klubunun yarımmüdafiəçisi Xabi Alonso klub ilə yeni müqavilə bağlamaq istəmir.
Milli.Az-ın məlumatına görə, Sports Punto Pelota-ya istinadən xəbər verir ki, "Kral" klubunun rəhbərliyi futbolçu ilə 2 il müddətinə müqavilə bağlamaq istəyib, lakin Alonso etiraz edib.
Buna baxmayaraq, madridlilər yarımmüdafiəçini satmaq istəmirlər. Alonso 2014-cü ilin iyun ayına kimi "Real" Madriddə oynayacaq, sonra isə azad agent kimi klubdan çıxa bilər.
Xatırladaq ki, Alonso "Real"a 2009-cu ildə "Liverpul" klubundan gəlib. Alonso cari mövsümdə İspaniya çempionatında 22 dəfə meydana çıxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31