Bertuççi qayıtdı
O, 1 həftəlik fərdi məşqlərdən sonra komanda ilə birgə hazırlığa qatılacaq
18 Mart 2013 19:37 İdmanBraziliyalı futbolçu Bruno Bertuççu "Neftçi"nin düşərgəsinə qayıdıb. ANS PRESS-in klubun rəsmi saytına istinadən məlumatına görə, o vətənində müalicəsini başa vuraraq Bakıya dönüb. Futbolçu 1 həftəlik fərdi məşqlərdən sonra komanda ilə birgə hazırlığa qatılacaq.
Xatırladaq ki, Bertuççi ötən ay AZAL-a 3:1 hesabı ilə qalib gəldikləri səfər oyununda zədələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31