Marca: "Özilin vitamini"
18 Mart 2013 19:32 İdmanMilli.Az xəbər verir ki, İspaniyanın məşhur qəzeti Marca bu gün əsas səhifəsinə "Real" Madrid klubunun yarımmüdafiəçisi, türk əsilli Mesut Özili çıxardıb.
Marca bu cür başlıq qoyub: "Özilin vitamıni".
Qəzetdə qeyd edilib: "Onun "Malyorka"ya qarşı meydana çıxışı komandanı dirçəldib".
Özilin sonradan daxil olduğu 8 oyunda "Real" 14 qol vurub, 3 dəfə oyunun gedişini dəyişdirib, nəticədə komanda qələbə əldə edib. Türk futbolçu ən çox ötürmə edib, "Real"ın 112 qolundan 83-ü Mesut meydanda olan zaman vurulub, 14 dəfə isə o, ötürmə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31