Messi öz rekordunu təzələdi
Futbolçu İspaniya çempionatında 18 oyunda 29 qol vurub
18 Mart 2013 11:16 İdmanİspaniya çempionatında 28-ci turun oyunları çərçivəsində "Barselona" və "Rayo Valekano" klubları üz-üzə gəliblər. "Barselona"nın 3:1 hesabıyla qalib gəldiyi oyunda argentinalı hücumçusu Lionel Messi dubla imza ataraq öz şəxsi rekordunu təzələyib.
ANS PRESS-in verdiyi xəbərə görə, futbolçu qarşılaşmanın 40 və 57-ci dəqiqələrdə fərqlənib. O, İspaniya çempionatında keçirdiyi 18 oyunda 29 qol vurub.
Messi 42 topla İspaniya birinciliyində bombardirlər siyahısına başçılıq edir. İkinci yerdə 27 qolla "Real"ın oyunçusu Kriştiano Ronaldo tutur.
Xatırladaq ki, 28 oyundan sonra "Barselona" 74 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 61 xal olan "Real" klubu isə ikinci yerdədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31