UEFA-da yeni qalmaqal?
15 Mart 2013 11:54 İdmanMilli.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final oyunlarının püşkatmasının maketini hazırlayıb.
İdarəetmə orqanı rəsmi prosedur ilə məşq edib.
Xatırladaq ki, dekabrda Britaniya mətbuatı bildirmişdi ki, 1/8 final oyunlarının cütlükləri maketdə verilən püşkatmanın nəticələri ilə eyni olmuşdu.
Dünənki püşkatmanın maketində bu cütlüklər var idi:
Yuventus - Barselona
PSJ - Qalatasaray
Real - Borussiya Dortmund
Bavariya - Malaqa
Rəsmi prosedur bu gün saat 15:00-da olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31